Yeni WordPress Saytı

“Gəncə sakinlərinə hüquqi, sosial və psixoloji xidmətlər göstəririk”

Elmira İsmayılova: ““Əlil qadınlar” cəmiyyətinin Gəncə şəhər şöbəsinin müxtəlif səpkidə, sayından, istiqamətindən asılı olmayaraq, həyata keçirəcək layihələr üçün peşəkar İnsan Resursları yetərincə vardır”

 

Dövlətimizin siyasətinin əsas hədəflərindən biri olaraq regionların sosial-qtisadi inkişafı istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda paytaxtla yanaşı, regionlarda da vətəndaş cəmiyyətinin qurulması uğrunda ciddi işlər görülüb. Əsas odur ki, regionlarda da insanların QHT-lərə inam və marağı var. Çünki QHT-lər də cəmiyyətlə sıx təmasda işləyir, onlara maddi və mənəvi dəstəyin göstərilməsi istiqamətində müxtəlif layihələr həyata keçirirlər. Bu baxımdan “Əlil qadınlar” cəmiyyətinin Gəncə şəhər şöbəsinin rəhbəri Elmira İsmayılova da fəallığı ilə seçilir. Gəncədə tanınmış ziyalı xanım olaraq Elmira İsmayılova uzun illərdir vətəndaş cəmiyyəti quruculuğuna öz töhfəsini verir. Elmira xanımın müsahibədə dediyi fikirlər və onun fəaliyyəti bir çox gənclərimiz üçün nümunədir.

-Elmira xanım, öncə özünüz haqda məlumat verməyinizi xahiş edirik.
-Elmira İsmayılova (Mamedova) Hümbət qızı, Daşkəsən rayonunda 06.07.1965-ci ildə ziyalı ailəsində anadan olmuşam. Atam Mamedov Hümbət Daşkəsən rayonu Peşə Məktəbində (FEZO) da Master və qaynaq üzrə Peşəkar müəllim kimi işləyib. Orta məktəbi bitirdikdən sonra Gürcüstan Universitetində qiyabi təhsil almaqla Hüquqşunas ixtisası üzrə bitirmişəm. 3 övladım, iki qızım, bir oğlum, iki nəvəm vardır. 2002-ci-ildən “Əlil qadınlar” cəmiyyətinin Gəncə şəhər şöbəsinin sədriyəm. Bitərəfəm. Bacaracağım qədər dövlətimizə və dövlətçiliyimizə hər zaman xidmət edirəm. Vətənimi çox sevirəm!

-Demokratik dövlətin qurulmasında vətəndaş cəmiyyətinin nə kimi rolu var?
– Demokratik dövlətin qurulmasında vətəndaş cəmiyyəti vasitəçi rolu kimi fəaliyyətinin olmasını deyə bilərəm. Milli dəyərlərimizi qorumaqla, beynəlxalq təcrübəni və daxili ənənələrə görə formalaşma mexanizmini, dövlətlə əlaqəli şəkildə həyata keçirir. Məlumatlandırma və maarifləndirmə işləri görür. Qanunvericilikdə benefisarlara dair müassir dövrə uyğunlaşma, qanunlarda dəyişiklik və ya əlavələr paketi hazırlayır Milli Məclisə təqdim edir.

-“Əlil qadınlar” cəmiyyətinin Gəncə şəhər şöbəsi nə vaxt yaradılıb və məqsəd, məramı nədən ibarətdir?
-“Əlil qadınlar” cəmiyyətinin Gəncə şəhər şöbəsi 26.02.2002-ci ildə Baş idarəsinin 2 saylı protokoluna əsasən yaradılmışdır. Baş İdarənin sədri Məhluqə xanım Rəhimova republikamızın bir cox şəhər və rayonlarında şöbəsini yaratmışdır.
Təşkilatın məqsədi taleyinə əlillk qismət olmuş insanlara yaşından, əlilliyindən asılı olmayaraq bərabər hüquqların qorunması, ələbaxımdan uzaqlaşdıraraq öz hüquqlarına özləri qərarlı olmaları, sosial həyat tərzinin yaxşılaşdırılması istiqamətində (Təhsil, səhiyyə, sosial sahibkarlıq və s.) yaxından iştirak etməklə, ehtiyyac duyulan müxtəlif sahələr üzrə, sahibkarlıq üzrə maarifləndirmə və məlumatlandırma işləri apararaq cəmiyyətə inteqrasiyasının təmin etməkdir. Bu məsələlərin həllində daxili və beynəlxalq əlaqələrdən istifadə edərək fəlaiyyət göstəririk. Belə ki, sorğu, araşdırma nəticəsində əldə olunan nəticələr istiqamətində iş aparılır. Eyni zamanda hüquqi yardım və maarifləndimə, sahibkarlıq bacarığının artılmasıa, inteqrasiyalı, inklüziv təhsil istiqamətində fəaliyyət göstəririk. Müxtəlif yerli və beynəlxalq təcrübə mübadilə proqramlarında, sərgilərdə iştirak edirik.

-Bu vaxta kimi görülmüş işləriniz haqqında nə deyə bilərsiz?
-Təxminin 20 il ərzində Gəncədə və ətraf rayonlarda saysız layihə və tədbirlər keçirmişik. Bunlardan bir qismini diqqətinizə çatırmaq istərdim.
Öncəliklə, mütamadi olaraq Prezident Administrasiyası və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə əlillərin əl işlərindən ibarət sərgisi və satışın təşkili, o cümlədən Azərbaycandakı bütün milli bayramlarımızı, ümumiyyətlə, əlamətdar günləri əlilliyi olan şəxslər və ziyalıların iştirakı ilə biz də Gəncədə qeyd edirik. Bundan başqa yardım kampaniyaları təşkil edirik. Belə ki, ADRA humanitar təşkilatı Gəncə ofisi tərəfindən “Gələcəyə körpü” İB ilə birgə Gəncə şəhərində, evlərdə yaşayan 204 tənha qocalara paltar yardımı paylanmışdır. ADRA humanitar təşkilatı Gəncə ofisi tərəfindən 5147 nəfər əlilliyi olan insanlara (kişi, qadın və uşaqlara) paltar yardımı verilmiş, ailə planlaşdırılması təlimləri keçirilmişdir. Təşkilatımızı tanıyan 5147 nəfərdən 3228 nəfər əlilliyi olan qadınlar üzv olmuşdurlar.
XXI Əsrin Gəncləri təşkilatın hüquqşunası və digər könüllü hüquqşunaslar tərəfindən əlilliyi olan və aztəminatlı insanlara ödənişsiz hüquqi yardım göstərilmişdir. Bu vaxata kimi 5147 nəfər əlilliyi olan şəxslərdən sorğu aparılmışdır. Kurslar təşkil olunmuşdur (kompüter, dillər, dekorativ əl işlərinin hazırlanması, rəssmlıq, toxuculuq və s.). Bu kurslarda əlilliyi olan və əlilliyi olmayan gənclərin qarşılıqlı inteqrasiyası təşkil olunuşdur. Bu günə qədər davam edir.
Gəncə Gil-Torpaq səhmdar cəmityyətinin nəzdində olan Poliklinikasından 836 nəfərin pulsuz həkim müayinəsi, müalicənin resptin yazılması (lazım gəldikdə iynənin vurulması və s.) kimi təşkilatımızın müraciəti əsasında xidmətlər göstərilmişdir. Təşkilatı ilə birlikdə ANAMA-nın maliyyə dəstəyi ilə minadan zərərçəkimiş əlillərə və təşkilatımızın üzvləri olan əlil qadınlara əlil arabaların təmənnasız çatdırılıb. “Save the Chldren” Bərdə ofisi tərəfindən aztəminatlı və əlilliyi olan qadınlara tikiş sexi təşkili olunmuşdur.
Avropa Komissiyasının PADOR sistemnə və Salto proqramına qoşulmuşuq. Şərq-Şərq proqramı çərçivəsində Çexiyada təcrübə mübadilə proqramında iştirak edilmişdir. USAİD–ın maliyyə dəstəyi və Sülh korpusu Azərbaycan nümayəndəliyi ilə birgə (nümayəndə Eleyn Bicman) Gəncədə İlk teatr trupun yaradılıb və tamaşanın Gəncə Dram teatrında nümayişi olub. Əlilliyi olan insanların cəmiyyətə inteqrasiaysına yönəlmişdir. Teatr trupunda əlilliyi olan və əlilliyi olmayan gənclər birgə iştirak ediblər. İREX –in Subqrant proqramının iştirakçısı olaraq “Media Əlillərə Dəstək” layihəsini icra etmişik. Resurs mərkəzi yaradılmışdır. Ombudsman Gəncə nümayəndəliyi ilə birgə əməkdaşlıq çərçivəsində davamlı əlilliyi olan şəxslərə ödənişsiz hüquqi yardım göstərilib. AMAK – ın təşkilatçılığı ilə 2017- ci ildə 200 nəfər (əlilliyi olan və valideyinlər) arasında tərəfimizdən sorğu keçirilmişir.
Yerli və beynəlxalq təlimlərdə davamlı iştirak edirik. Yetişdirdiyimz, kursdan faydalanmış gənclərin Sosial Sahibkarlığın qurulmasında yaxından dəstəyimiz və iştirakımız təmin olunur. Əlilliyi olan insanların və aztəminatlı ailələrə Hüquqi yardım göstərilməsinin davamlılığını Legal Standart /E Pluribus Unum tərəfindən həyata keçirilir.
Baş idarə tərəfindən və öz tərəfimizdən keçirilmiş “Əlilliyi olan insanların Seçki hüququ haqqında”, “Məişət zorakılığı” haqqında Gəncədə ictimai maarifləndirmə, dəyirmi masa təşkil etmişik. Gənclərin asudə vaxtının səmərəli, faydalı keçirilməsi üçün “Fərəh klubu” yaradılmışdır.
Baş İdarənin Gəncə şəhərində və başqa rayonlarda keçirdiyi layihələrdə fəal iştirak edirik. “Əlil qadınlar” cəmiyyətinin Gəncə şəhər şöbəsinin müxtəlif səpkidə, sayından, istiqamətindən asılı olmayaraq, həyata keçirəcək layihələr üçün peşəkar İnsan Resursları yetərincə vardır.

-Gəncədə əlillərə pisxoloji və mənəvi dəstəyin göstərilməsində QHT-lər hansı aktivlik göstərir?
-Şöbəmizin yarandığı tarixdən bu günə kimi, qarşılıqlı inteqrasiya, mənəvi-psixoloji dəstək və sosial həyat tərzinin yaxşılaşdırması istiqamətində, təhsil-peşə, sosial sahibkarlıq, beynəlxalq təcrübə proqramlarında iştirak və s. kimi fəaliyyət göstəririk. Təşkilat olaraq hər zaman, hal-hazırda da fərqli sayda könüllüləri (təcrübəli mütəxəssislər hüquqşunas, psixoloqlar, sosial işçilər, həkimlər, Təhsil-Peşə mütəxəsissləri və s. olmaqla) tərəfindən aidiyyəti üzrə hər zaman əlilliyi olan insanlara xidmətlər göstərilib və göstərilir. Bu kimi və digər problemlərin həlli üçün, ehtiyyac duyulduğu halda, aidiyyəti qurum və təşkilatlarla yönləndərək proplemlərinin həllinə dəstək oluruq.
-COVİD-19 pandemiyası başladığı dövürdən, 2021-ci ilin yanvarına ilə qədər 300-ə yaxın əlilliyi olan və aztəminatlı ailəyə pandemiya, karantin qaydalarına riayət olunması və sağlamlığımızın qorunması haqqında maarifləndirilmə, zərurət yaranmadığı halda evdən çıxmamaq (uşaqları mağaza və s. olan yerlərə, ümumiyyətlə, aparmamaq) maska taxmaq, sosial məsəfəni qorumaq, gigenik qaydalara riayət etmək, fiziki məşqələlər keçirmək (ev şəraitində və s.) kimi məlumatlar çatdırılıb. İşsiz ailələrin birdəfəlik 190 manat məbləğində pul yardımının alınması üçün müraciət edən 179 ailənin e.sosial.gov.az saytından tərəfimizdən, könüllülərlə birlikdə, qeydiyyatdan keçirilmişdir.
İnsanların psixoloji durumunu nəzərə alaraq istər yaşlı, istər gənclər, istər də uşaqlara panika vəziyyətdə olmaları ətrafımıza könüllü psixoloqların, sosial işçilərin çoxalması vacib hal oldu. Fərqli kateqoriya nümayəndələrinə əllilyi olan və ya əlilliyi olmayan insanlara ödənişsiz xidmətlər göstərlirib və göstərilir. O dövrdə iş yerlərinin bağlanması, e-icazə ilə bayıra çıxmaları, məktəblərin və baxçaların bağlanılması əlaqədar daha çox sayda olan insanlara dəstəyə ehtiyyac duyulurdu. Hərəkətli həyatın dayandırılması durumundan asılı olmayaraq çaşqın vəziyyətə düşmüşdürlər.
Həmin zaman Zəfəroğlu İnşaat MMC-nin dəstəyi ilə tərəfimizdən 30 ailəyə ərzaq yardımı verilmişdir .
Türkiyənin Gəncə baş konsulluğunun və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən 55 ailəyə ərzaq yardımı verilmişdir.
Əraziyə görə deputat Pərvin Kərimzadə tərəfindən 20 ailəyə ərzaq yardımı verilmişdir. Ərzaq yardımları köçkün, aztəminatlı, əlilliyi olan və əlil uşaqlar olan ailələrə şamil olunmuşdur.
Müraciət edən köçkün, əlil və aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsini Legal Standart /E Pluribus Unum Gəncə ofisi hüquqşunası tərəfindən təmin edilir.

– Vətən müharibəsində Gəncə şəhəri də ermənilərin artilleriya atəşinə məruz qaldı. Həmin zamanlarda “Əlil qadınlar” cəmiyyətinin Gəncə şəhər şöbəsi olaraq əhaliyə necə dəstək ola bildiniz?
-Bəli, Vətən müharibəsində Gəncə şəhəri, ermənilərin artilleriya atəşinə məruz qalmışdır. Onsuz da pandemiya artıq insanlara şok vəziyyəti yaşadırdı. Koronavirus stress ilə yanaşı, bomba partlayışı da qorxu yaşatdı və təbii ki, istər uşaq evinin uşaqlarına, istər ali məktəb tələbələrinə, istər orta məktəb tələbələrinə, ahıllara, uşaqlara, ümumiyyətlə, əlillik kateqoriyası olan və ya əlilliyi olmayan depressiyaya düşmüş şəhid ailələrinə, şəhidlərimizin övladlarına, qazilərə və onların ailələrinə xidmətlər yüksək səviyyədə icra olunurdu. Bu gün də davam edir… Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Təşkilatımızın nəzdində yaranmış kurslardan Tibbi Biliklər kursunun tələbələri Ağcabədi xəstəxanasında Vətən müharibəsində yaralanmış qazilərimizə könüllü tibbi xidmətlər göstərmişdirlər. Müalicə dövründə tibbi xidmət göstərən tələbələrimizdən bir xanım qazi ilə ailə (bir neçə ay əvvəl) qurmuşdurlar. Bu, xöşbəxt, sevindirici hallardan biridir.
Lakin bunlara baxmayaraq, insanlarda bombaların səsi, psixoloji stress, həyacan, panik tamamilə hamıdan getmədiyi üçün, bu gün də Gəncə sakinlərinə hüquqi, sosial və psixoloji xidmətlər göstərilir.
Vətən müharibəsində, erməni terroru nəticəsində, atılan bombadan dağılan evlərdən 13 ailəyə və 1 əlil arabasında olan xanıma, Moskvada yaşayan Gəncə sakini stilist Aytən xanım və rəfiqələri birlikdə toplam olaraq, hər ailəyə ayrı ayrılıqda 950 manatdan 14 ailəyə ofisimizdə Aytən xanımın da “Whatsapp” görüntülü iştirakı ilə nəğd pul verilmişdir.

-Perspektivdə hansı layihələri həyata keçirməyi düşünürsüz?
-Biz Qalib Xalqıq! Bunun üçün Tanrıya şükürlər olsun ki, bizə Zəfər Tarixi yazan Müzəffər Ali Baş Komandanımızı və onun rəhbərliyi ilə güclü ordumuzu bizə bəxş etmişdir. Prezidentimizin Dəmir Yumruğu düşmənə unudulmaz tarix yaşatdı. Torpaq uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik, ruhları önündə baş əyirik. Borcluyuq onlara son nəfəsimizə qədər. Əziz Prezidentimizin hər zaman yanında olan gözəl ailəsi, Türkiyə dövlətinə, daxildə və xaricdən yanında olanlara, bütün vətənpərvər insanlara minnətdarıq. Deyirik: “Yaxşı ki, Varsız. VAR OLUN!”. Allahın Sevimli Xalqıyıq !
Pandemiya və 44 günlük müharibədə daha faydalı fəaliyyət göstərmək, vaxt baxımından daha səmərəli olmağı vadar edir. Olduğumuz yerdən asılı olmayaraq xidmətlərimizi daha da artırmalıyıyıq. Göstərdiyimiz xidmətlərin (Psixoloji, sosial iş, hüquqi, terapevtik, özünəməşqulluq və s.) davamlılığını təmin etmək üçün xidmətləri layihələr çərçivəsində və təsərrufat hesablı istiqamətlərdə planlaşdırırıq.

 

Vetenqehremanlari.az