Yeni WordPress Saytı

Şəhidlik arzusuna çatan Şahmar Soltanlı

O, hələ yeniyetmə çağlarından vətənpərvərcəsinə böyüyüb və “Mən də şəhidlik zirvəsinə yüksəlmək istəyirəm” deyimiş

Bu gün dünya azərbaycanlıları Milli Ordumuzun torpaqlarımızı işğaldan azad etməsinə görə milli qürur hissi keçirirlər. 44 günlük Vətən müharibəsi azərbaycançılığımızın-milli kimliyimizin gücünü dünyaya göstərdi. Bu günlərdə erməni vandallığı insanlarımızı daha da birləşdirdi, siyasi baxışından asılı olmayaraq hər kəs bir çatı altında toplaşdı, ordumuzun göstərdiyi şücaət bizi daha da ruhlandırdı. Bütün bunlar bir daha göstərdi ki, torpalaqrımızın işğaldan azad olunması üçün dünya azərbaycanlıları ayaqda idi. Hər bir azərbaycanlı əzəli torpaqlarımız olan Qarabağ yolunda canını verməyə hazır idi. Ali Baş Komandanın hər hansı çağırışınına soydaşlarımız qürur hissi ilə əməl edirdilər.

Vətən müharibəsində Şahmar Soltanlı da ərazi bötüvlüyümüzün bərpası uğurunda döyüşərək qəhrəmacasına şəhid oldu. Torpaq yolunda qanını tökərək əbədiyyətə qovuşub ilahi məqama yüksəldi. Xatırladaq ki, Soltanlı Şahmar Qinyaz oğlu 20 fevral 1996-cı ildə Şəkidə anadan olub. Orta təhsilini Şəki şəhəri 5 saylı tam orta məktəbdə alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Bakı Humanitar Kollecinə qəbul olub. Atasının vaxtsız vəfatı və anasının sağlamlıq vəziyyəti ilə əlaqədar təhsilini tamamlamadan iş həyatına başlayıb.

2018-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılıb. 2020-ci ilin may ayında hərbi xidmətdən təxris olub. 5 oktyabrda könüllü olaraq Vətən müharibəsinə yollanıb. Vətən müharibəsində Tərtərin Qapanlı və Suqovuşan kəndləri, həmçinin Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstəib. Tərtər rayonunun Qapanlı kəndinə qəlpə yarası alıb və hospitala aparılıb. 2 gün hospitalda qaldıqdan sonra həkim ona təxris olmağını deyib, ancaq o, könüllü olaraq yenidən döyüşə gedib. 17.10.2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 15 gün neytraldan qaldıqdan sonra nəşi tapılıb. 24.11 2020-ci ildə Şəki Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Soltanlı ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Soltanlı ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Şahmar Soltanlının məzarı ziyarətgaha çevirilib. Onun doğum günündə Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbin bir qrup kollektiv üzvü məzarını ziyarət ediblər. Ziyarət zamanı səsləndirilən çıxışda bildirilib ki, məktəbin müəllimi Gülxar Qədirovanın oğlu, məktəbin məzunu Soltanlı Şahmar Qinyaz oğlu ilə fəxr edirlər.

Bu gün bütün Azərbaycan Şahmar Soltanlı ilə fəxr edir. Çünki Şahmar Soltanlı Vətən üçün canını verməyə hər zaman hazır idi. O, hələ yeniyetmə çağlarından vətənpərvərcəsinə böyüyüb və “Mən də şəhidlik zirvəsinə yüksəlmək istəyirəm” deyimiş. Mühribə zamanı da düşmənə qarşı döyüşərək mərdlik göstərib və şəhidliyi özünə qürur bilib. Yaxınları, dostları ilə danışanda da sanki şəhidlik arzusu ilə yaşadığını bildirirmiş. Vətən müharibəsində “Zəfər bizimdir” deyib döyüşlərə atılan nur üzlü Şahmar şərəfli arzusuna, şəhidlik zirvəsinə çatıb.

Allah rəhmət etsin!

 

Vetenqehremanlari.az