Yeni WordPress Saytı

“Türk Dünyası Media Əməkdaşlıq Alyansı” Kəlbəcərdəki terrorla bağlı xarici həmkarlarını məlumatlandırdı

Dünyası Media Əməkdaşlıq Alyansı” İctimai Birliyi bir neçə gün əvvəl Azərbaycanın mətbuat nümayəndələrinin Kəlbəcərdə minaya düşərək həlak olmaları barədə əməkdaşlıq etdiyi xariciu media qurumlarını məlumatlandırıb. “Vetenqehremanlari.az” İctimai Birliyin sədri Süleyman İsmayılbəyliyə istinadən xəbər verir ki, Alyansın məlum hadisə ilə bağlı yaydığı bəyanat Belçika və Türkiyə xəbər portallarında dərc edilib. Belçika türklərinin çoxminlik nəşri olan belcikaaydinhaber.com, gundem.be, eləcə də Türkiyənin igdirim76.com saytlarında çap edilən bəyanatda “Türk Dünyası Media Əməkdaşlıq Alyansı” İctimai Birliyi Kəlbəcərdə azərbaycanlı jurnalistlərin minaya düşməsini ermənilərin həmkarlarımıza, KİV nümyəndələrinə qarşı terroru kimi xarakterixə edib, beynəlxalq təşkilatları bu hadisəyə səsssiz qalmamağa çağırıb.