Yeni WordPress Saytı

Gəncədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xeyriyyə tədbiri keçirilib

Mayın 31-də Gəncədə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xeyriyyə xarakterli tədbir keçirilib. Bayram şənliyi “Sultan sofra” restoranında “Mənəvi dayaq” Uşaq və Gənclər İctimai Birliyi tərəfindən xüsusi qayğıya ehtiyac olan əlil uşaqlar üçün təşkil edilib.

“Mənəvi dayaq” Uşaq və Gənclər İctimai Birliyinin sədri Arzu Orucov bildirib ki, bayarm şənliyində əlil uşaqlarla yanaşı, onların bəzilərinin xəsətə olan valideynləri də iştirak ediblər.

Tədbirdəki klonun əyləncəli oyunları uşaqların sevincinə səbəb olub. Uşaqlar musiqi sədaları altında klonla rəqs ediblər. Bayram şənliyində “Zilli” şirniyyat evi tərəfindən uşaqlara hədiyyə olunan tort kəsilib.

Sonda tədbirin təşkilatçıları uşaqları 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara uzun və xoşbəxt ömür, qayğısız uşaqlıq və firavan həyat arzulayıblar.

Vetenqehremanlari.az