Yeni WordPress Saytı

“MayoMed klinikasına müraciət edən heç bir pasiyent narazı qalmır”

Nərminə Abbasova: “Bu gün klinikamızdan danışarkən Prezident İlham Əliyevin apardığı islahatlar nəticəsində əldə olunan uğurları qeyd etməmək olmaz”

Bu gün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Klinikasında xəstələrə çox yüksək səviyyədə xidmət göstərilir. Bu da ondan irəli gəlir ki, MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi və sahibi Nərminə Abbasova başda olmaqla bütün kollektiv öz peşəsinə sevgi ilə yanaşır. Nərminə Abbasova klinika və onun fəaliyyəti haqqında danışarkən bildirib ki, MayoMed Medikal Fizioterapiya Mərkəzi yüksək tibbi texnologiya ilə təchiz olunub və savadlı həkim personalı əhatə olunmaqla aktiv fəaliyyət göstərir: “Bizə müraciət edən heç bir pasiyent narazı qalmır və təkrar müalicələr üçün klinikamıza üz tuturlar. Eyni zamanda hesab edirəm ki, xəstəxanamızın insanların sağlamlığı baxımından əldə etdiyi uğurlu nəticələr bu gün Prezident İlham Əliyevin səhiyyə sahəsində apardığı islahatlar, insanlarımıza verdiyi dəyər, ona bir kapital kimi yanaşmasının təzahürüdür. Bu gün klinikamızdan danışarkən Prezident İlham Əliyevin apardığı islahatlar nəticəsində əldə olunan uğurları qeyd etməmək olmaz”.

Nərminə xanım, klinikanın adı ilə də bağlı açıqlama verib: “Çoxları fikirləşə bilər ki, nəyə görə klinikanın adı MayoMeddir… Dəyərli pasiyentlərimizə, oxucularımıza sayt vasitəsi ilə xatırlatmaq istərdim ki, “MayoMed” adı altında dünyada çox məhşur klinikalar var. Bu, ingilis sözüdür, tərcüməsi “Fizioterapiya” deməkdir.

Azərbaycanda MayoMed Medikal Klinika 2013-cü ildən fəaliyyətə başlayıb və Bakıda Fizioterapiya və Reabilitasiya müalicəsini aparan ilk mərkəzlərdəndir. MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzi müasir, yeni standartlara cavab verən avadanlıqlarla təchiz olunub. Təbii ki, həmin avadanlıqlarla işləyən savadlı kadrlarımız, mütəxəssislərimiz var. Həkimlərimiz xarici ölkələrdə, eləcə də ölkə daxilində təhsil alan mütəxəssislər olmaqla yanaşı, öz ixtisaslarına uyğun olaraq hər il ayrı-ayrı ölkələrdə kurslar keçir, təcrübə mübadiləsi aparırlar. Mən özüm də bir həkim terapevt olaraq Ukraynada, Türkiyədə ixtisaslaşma kursları keçməklə yanaşı, digər müxtəlif ölkələrdə inkişaf etmiş Fizoterapiya Mərkəzlərində təcrübə mübadiləsində olmuş, tibbin bu sahəsi üzrə yeni bilgilərin alınmasına çalışmışam. Təbii ki, dünyanın inkişaf etmiş tibb mərkəzlərində keçdiyimiz təcrübələrin hər birimiz üçün Fizioterapiyanın hansı üstün metododlarla tətbiqi, nə dərəcədə inkişaf etməsi və sair yeniliklərin əldə olunaraq ölkəmizdə tətbiqi baxımından əhəmiyyətlidir. Həkim daim axtarışda olmalıdır, öyrənməlidir, ona müraciət edən xəstənin sağalması üçün çalışmalıdır və ona qayğı ilə yanaşmağı bacarmalıdır. Biz özəl klinika olsaq da, müalicə ilə bağlı qiymətlər aşağıdır. Xəstənin durumunu nəzərə alır, bir çox hallarda pulsuz müalicələr aparırıq.

Xəstələrin rəyini nəzərə alaraq, vaxtaşırı klinikamıza xarici dövlətlərdən həkimlər dəvət olunur, müalicə kursları keçiririk. Təbii ki, bu, klinikamızda olan həkimlərə güvənsizlik deyil, sadəcə olaraq, bunu kilinikanın inkişafı, təcrübələri paylaşmaq baxımından əhəmiyyətli hesab edirik. Pasiyentlərimiz bizim müalicə üsulumuzu bəyənir və müsbət nəticə gördükləri üçün əvvəl xarici ölkələrə üz tutan xəstələrin 50 faizi öz müalicə proseduralarını bizim klinikada davam edirlər. Xəstələrin çoxu burada aldıqları müalicədən razı qaldıqları üçün ildə 2, hətta 4 dəfə təkrar müalicəyə gəlirlər. Çünki fizoterapiyaya ehtiyacı olan insanlar xəstəliyi xroniki keçirdikləri üçün ildə bir neçə dəfə müalicədən keçməlidirlər”.

Xatırladaq ki, Abbasova Nərminə Zülfəli qızı 06.02.1966-cı il tarixində doğulub.
Nərminə Abbasova 2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin Tibb fakültəsini (Müalicə işi fakültəsini) Müalicə-Profilaktika ixtisası üzrə
bitirib.
2004-cü ildə M.Qədirli adına Mərkəzi Klinik Hövzə Xəstəxanasında internatura keçib.
Doktor Nərminə Abbasova 2014-cü il Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 2 aylıq kurs keçib.
2014-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Sertifikasiyadan keçib.
Doktor Nərminə Abbasova 2014-cü il noyabr ayından MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Klinikasında həkim terapevt işləyir.
2015-ci ildə Ukraynanın Kiyev şəhərində Kiyev Milli Tibb Akademiyasında “Semeynaya Medisina”dan 2 aylıq kurs keçib.
Doktor Nərminə Abbasova 2016-cı ildə Kiyev şəhərində Kiyev Kardiologiya Mərkəzində keçirilən Beynəlxalq seminarda iştirak edib.
Nərminə Abbasova 2017-ci ildə Azərbaycanda Almaniyadan dəvət olunmuş professorlar tərəfindən keçirilmiş Orqanizmin Biotənzimləyici müalicəsi üzrə 88 günlük kurs bitirib.

Doktor Nərminə Abbasova 2019-cu ildə Almaniyadan dəvət olunmuş professorların keçirdikləri Homosinitariya və Nevroterapiya üzrə 10 günlük kursda iştirak edib.

Doktor Nərminə Abbasova 2017-ci ildən MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Klinikasında həkim terapevt və baş həkim vəzifəsində çalışır. O, həmçinin bu klinikanın sahibdir. Eyni zamanda özəl tibbi xidmətin təşkilində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdadır. Fəaliyyəti dövründə müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının diplom və fəxri fərmanlarına layiq görülüb.
Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin Fəxri üzvüdür.  

DOKTOR NƏRMİNƏ ABBASOVANIN MÜALİCƏ ETDİYİ XƏSTƏLİKLƏR:
Nərminə Abbasova bütün daxili xəstəliklərin müalicəsi ilə məşğul olur.
O CÜMLƏDƏN:
Anemiya,
Allergiya,
Mədə-bağırsaq sistemi xəstəlikləri (Mədə xorası, Qastrit),

Yuxarı-aşağı tənəffüs yollarının xəstəlikləri (Bronxit, Faringit),
Uroloji xəstəliklər,
Qurd xəstəlikləri (Lyamblioz),
Revmatik xəstəliklər (Revmatik qızdırma, Revmatoid artrit, Osteoxondroz, Osteoartroz)
Arterial hipertenziya,
Limfa sistemi xəstəlikləri (Limfoztaz)

DOKTOR NƏRMİNƏ ABBASOVA İLƏ ƏLAQƏ TELEFONU:
TEL: (012) 464 86 93;
464 86 94;
464 86 95
MOB: (051) 866 02 20;
(051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Vetenqehremanlari.az