Yeni WordPress Saytı

Türk Dünyası Media Əməkdaşlıq Alyansı müsəlman aləmini erməni vəhşilikləri barədə məlumatlandırdı

Dünyası Media Əməkdaşlıq Alyansı” İctimai Birliyinin təsisçisi, Əməkdar jurnalist Süleyman İsmayılbəylinin bir neçə ərəb mediasında məqaləsi dərc edilib. “Vetenqehremanlari.az” xəbər verir ki, İctimai Birlik təsisçisinin bu dəfəki yazısı ermənilərin Ağdam rayonunda törətdikləri vəhşiliklərdən bəhs edir.

Əlcəzairin alharir.info, İordaniyanın nayrouz.com və suriyeturkmenleri.com saytlarında dərc edilən məqalədə müəllif Ağdama səfərdən bəhs edərək yazır ki, ermənilər nəinki bu rayonun tikililərini dağıdıb, onu xarabalığa çevirib eyni zamanda təbiəti, ekologiyasını da məhv edib. Müəllif yazır ki, düşmən hətta soyuq məzarda uyuyan insanlardan da qisas almağı düşünüb və Ağdamdakı bir neçə məzarlıqda meyitlər qazılaraq torpaqdan çıxarılıb və onun qalıqları ətrafa səpələnib.

Müəllif məqalədə əsas diqqəti minalanmış ərazilərə dö yönəldib. Bildirib ki, Ağdamın ərazisinin demək olar ki, 80 faizi düşmən tərəfindən minalanıb. Ona görə də burada geniş miqyasda quruculuq-abadlıq işlərinin həyata keçirilməsi tam mümkün olmur. Bunun başlıca səbəblərindən biri də Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməməsidir.