Yeni WordPress Saytı

“Wikipedia”da Laçın rayonu haqqında Özbək dilində yeni bölmələr yaradıldı

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsinə əsasən Beynəlxalq Elektron Ensiklopediyada “Wikipedia”nin özbək dilində Azərbaycanın ən qədim insan məskənlərindən biri hesab olunan – Laçın rayonu haqqında yeni bölmələr istifadəyə verildi.
Bölmədə qeyd olunur ki, 18 may 1992-ci ildə Ermənistan ordusunun işğalı nəticəsində Laçın rayonu Ermənistan ordusunun nəzarəti altına alınmış, 28 ildən sonra Vətən müharibəsi nəticəsində imzalanmış 3 tərəfli bəyannaməyə əsasən 1 dekabr 2020-ci ildə işğaldan azad olunmuş və Azərbaycana təhvil verilmişdir.
Laçın rayonu haqqında bölmədə “Madaniyat, taʼlim va tibbiyot muassasalari” alt hissəsində işğaldan əvvəl rayonda 217 mədəniyyət müəssisəsi, 142 tibb müəssisəsi, 133 idarə və müəssisə, 100 orta məktəb, 5 məktəbəqədər təhsil müəssisəsi, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta peşə məktəbi, texniki məktəb, 1 rabitə evi və s. fəaliyyət göstərdiyini və erməni işğalı nəticəsində sözü gedən müəssisələrin dağıdıldığı və məhv edildiyi qeyd olunur.
Məqalədə bölgənin tarixi, mədəni və memarlıq abidələrinədə diqqət yetirilir, bunların siyahısı verilir. 1992-ci ildə Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra tarixi mədəniyyət və dini abidələrin çoxunun məhv edildiyi vurğulanır.
Laçında bir çox faydalı su mənbələrinin olduğu, 20-dən çox şəfalı mineral su ehtiyatlarına malik olması materiallarda öz əksini tapmışdır.
Yaradılmış bölmədə Laçın rayonun Minkənd ərazisində yerləşən İstisu haqqında, habelə Azərbaycan xristian irsinə dair Alban abidəsi, Ağoğlan monastırı haqqında maraqlı məlumatlar yer almışdır.
Bundan başqa rayon ərazisində yerləşən hocazsu çayının sağ qolunun sahilindəki Ağbulaq kəndi haqqında bir sıra məlumatlar bölmədə verilmişdir. Qeyd olunur ki, kəndin adı keçmişdə Zəngəzur qəzasında yaşamış Ağkörpü adlı tayfanın qışlaq yerlərindən götürülmüşdür.
Özbək dilində yaradılmış Laçın rayonu haqqında bölmə ilə https://uz.wikipedia.org/wiki/Lachin linkində tanış olmaq mümkündür.