Yeni WordPress Saytı

Almaniyada Ermənistanın mina xəritəsini verməməsinə qarşı etiraz aksiyası keçiriləcək

 

 

Almaniya Azərbaycan Mədəniyyət Evi BMT-nin Bonn şəhərindəki qərargahı yanında səssiz etiraz aksiyası keçirəcək. Bu haqda Almaniya Azərbaycan Mədəniyyət Evinin sədr müavini Altay Rüstəmli məlumat verib.
O, bu aksiya ilə bağlı soydaşlarımıza çağırış edib: “Əziz həmvətənlər, bildiyiniz kimi, mənfur düşmən, müharibənin bitməsindən 6 ay vaxt keçməsinə baxmayaraq mina xəritələrini vermir. Noyabr sazişindən bu günə onlarla insanımız bu minalara düşərək şəhid olmuş, yüzlərləsi yaralanmışdır.
Sizi mənfur düşmənin bu davranışlarına eriraz etmək və Alman ictimaiyyətini bu haqda məlumatlandırmaq üçün, 15.05.2021 tarixində saat 13:30-da BMT-nin Bonn şəhərindəki qərargahı yanında, Gehweg Bundesbüdchen an der Heusallee də səssiz aksiyamıza qoşulmağa dəvət edirik.
Pandemiya ilə əlaqədar iştirakçı sayı məhduddur. İştirak etmək istəyən öncədən məlumat verməsi xahiş olunur”.