Yeni WordPress Saytı

Abşeron rayonunda Ramazan bayramı münasibətilə şəhid ailələri ilə görüş keçirilib

Mayın 12-də Azərbaycan Respublikası Milli Qəhrəmanlarının Tanıtma İctimai Birliyinin Abşeron rayon nümayəndəliyinin rəhbərliyinin Ramazan bayramı münasibətilə şəhid ailələri ilə görüş olub və onların problemləri dinlənilib.MQTİB-nın Abşeron rayon nümayəndəliyinin sədri Tərlan Mahmudov dövlətimizin Vətən müharibəsindəki uğurlarından danışıb, Qarabağ döyüşləri zamanı şəhid olanlara Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyib. Görüşün sonunda şəhid ailələrinə MQTİB-nın Abşeron rayon nümayəndəliyi adından bayram sovqatları paylanılıb.Sonda xatirə şəkli çəkdirilib.

Vetenqehremanlari.az