Yeni WordPress Saytı

Ərəb KİV-ləri diaspor sədrinin Ulu Öndərə həsr etdiyi məqaləsini yayımlayıb

Misir, Livan, Suriya və Əlcəzair KİV-lərində “Vətənpərvər” – Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə yazdığı məqalə yayımlanıb.
AZƏRTAC xəbər verir ki, “Əl Nuhud”, “Əl Hərir”, “Garbnews”, “Əl Vətika” və s. mətbuat orqanlarında yayılan məqalədə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ölkəmizi parçalanma və dağılmaqdan xilas edərək sabitlik və inkişaf yoluna çıxardığı qeyd olunur. Diqqətə çatdırılır ki, məhz Ulu Öndərin müdrik siyasətinin nəticəsində yoxsulluqdan qurtulan xalqımız rifaha çatıb, bütün sahələrdə inkişafa nail olunub.
Ulu öndər Heydər Əliyevin zəngin siyasi fəaliyyətindən bəhs edən müəllif qeyd edir ki, xalqımızın Ümummilli Lideri hər zaman öz xalqına xidməti həyatının amalı hesab edib. Onun Sovet İttifaqının rəhbərlərindən biri olması, Siyasi Büroya üzv seçilməsi Azərbaycan üçün tarixi bir hadisə olub. Ulu Öndər 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra da ömrünü doğma xalqının xoşbəxtliyinə həsr edib.
Məqalədə Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın Ermənistanın işğalından azad edilməsindən də bəhs olunur. Müəllif diqqətə çatdırır ki, Rusiyanın vasitəçiliyi ilə atəşkəsə nail olunduqdan sonra da qeyri-konstruktiv mövqe nümayiş etdirən işğalçı ölkə minalanmış Azərbaycan ərazilərinin xəritələrini təqdim etməkdən imtina edir. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulması və Azərbaycanın dinc əhalisinə qarşı törədilən növbəti cinayətdir.