Yeni WordPress Saytı

Rusiyadakı diasporumuz adından Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilova kitab hədiyyə edilib

“Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı faşizmə qarşı soydaşlarımızın mübarizəsindən bəhs edir

Bu gün Rusiyadakı Azərbaycan diasporu adından Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilova kitab hədiyyə edilib. Bu haqda Respublika Veteranlar Təşkilatının mətbuat xidmətindən məlumat verilib.

“Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadə  və “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin Nərimanov rayon rəhbəri Ədhəm Məmmədov tərəfindən təqdim edilən “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabında soydaşlarımızın faşizmə qarşı mübarizəsindən, bu mübarizədə sərgilədiyi qəhrəmanlıqlardan bəhs edilir. Kitabın baş redaktoru Vəfa Quliyeva, ideya müəllifi isə Qasım Kərimovdur.

Kitaba görə Rusiyadakı Azərbaycan diasporuna öz təşəkkürünü bildirən Cəlil Xəlilov, faşizmə qarşı mübarizə aparan soydaşlarımızın, onların qəhrəmanlığının gənc nəsillərə tanıdılması və təbliğinin vacib olduğunu qeyd edib. Sədr müavini bildirib ki, bu cür qiymətli kitablar keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayır, gənclərin babalarının qəhrəmanlıq ənənəsi əsasında tərbiyəsində müstəsna əhəmiyyət kəsb edir.