Yeni WordPress Saytı

Saxta məsələyə ABŞ-ın belə münasibəti nə həqiqət, nə də ədalət meyarlarına uyğun gəlmir

ABŞ prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” barədə son bəyanatı dünya türklərinin və azərbaycanlılarının etirazına səbəb olub. Amerika Birləşmiş Ştatları kimi bir ölkənin tarixə sübut olmadan qiymət verməsi bizi təəssüfləndirir. Bunu, tarixə olan hörmətsizlik kimi qiymətləndiririk. Çünki Cozef Bayden bəyanatında “soyqırımı” deyərək erməni məsələsini siyasiləşdirib. Türkiyə hər zaman bu məsələ ilə bağlı tarxi arxivlərin açılmasına hazır olduğunu bildirib, lakin ermənilər bundan hər zaman qaçırlar. Ermənilər qondarma “soyqırımı”nı sübut üçün heç bir əsaslı faktı ortaya qoya bilməyiblər. Ermənilər 1915-ci ildə Osmanlı İmperiyasının bir hissəsindən digər hissəsinə köçürülmələrini soyqırımı kimi təqdim etməklə öz maraqlarını həyata keçirməyə çalışırlar. 1915-ci il 24 aprel hadisələrinin “soyqırımı” adlandırılması əsassız və uydurma olmasını tarix faktlar təsdiq edir. Əslində, soyqırımı zaman-zaman ermənilər türklərə və azərbaycanlılara qarşı həyata keçiriblər və bunu sübut edən kifayət qədər materiallar var. 1918-ci ildə Azərbaycanın bir sıra bölgələrində, əsasən də Bakıda erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı soyqırımı törədilib. Ermənilər bu soyqırımını ötən əsrin 90-cı illərində Qarabağda, Xocalıda davam etdiriblər.
Saxta məsələyə ABŞ-ın belə münasibəti nə həqiqət, nə də ədalət meyarlarına uyğun gəlmir. ABŞ tarixin saxtalaşdırılmasına dəstək verməklə, ermənilərə havadarlıq etmiş olur. Bu addımla ABŞ Türkiyəyə təzyiq etməyə çalışır. Azərbaycanın dostuna qarşı çevrilmiş bu mövqe, həm də Azərbaycana qarşı yönəlmiş addımdır. Məhz buna görə də saxtakarlara və onların havadarlarına qarşı mübarizdə hər iki qardaş xalqın qüvvələri hər zaman bir olublar. Vətəndaş cəmiyyəti olaraq Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatı qınayır və qəbuledilməz hesab edirik.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə