Yeni WordPress Saytı

ADTGT ABŞ prezidentinin uydurmu “erməni soyqırımı” çıxışına etiraz bəyanatı yayıb

 

 

“Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi ABŞ prezidentinin uydurmu “erməni soyqırımı” çıxışına etiraz bəyanatı yayıb. Bəyanatda bildirilir: “Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti Cozef Baydenin 24 aprel “erməni xalqının anım günü” çıxışında 1915-ci ildə Osmanlı imperiyası ərazisində guya bu “məzlum” xalqın 1 milyondan artıq nümayəndəsinin “soyqırım”a məruz qalması barədə açıqlaması ABŞ demokratiyası və hüquq-ədaləti adına uyğun gələməməklə yanaşı və tarixi həqiqətlər barədə saxta ittihamların səsləndirilməsi də adlandırmaq olar.
Gerçəklikdən uzaq verilən bu siyasi bəyənat 100 ildən artıq keçmişə dair tarixi-elmi araşdırma aparmadan, fakt və dəlilləri tədqiq etmədən və arxiv materiallarını nəzərə almadan erməni yalanlarını “diriltməyə” və əsl erməni terroru və vəhşiliklərinə göz yummağa xidmət edir.
1914-15-ci illərdə Osmanlı imperiyası ərazisində erməni terror təşklatları və silahlı dəstələri tərəfindən 100 minlərlə dinc türk vətəndaşlarına qarşı qətllərlə başlayan real soyqırım hadisələri 1918-ci ildə Bakı və digər şəhərlərdə olmaqla Azərbaycan ərazisində də davam etmiş və nəhayətdə 1992-ci ilin fevralında Xocalı soyqırımı ilə tarixə faciəli həqiqət kimi həkk olmuşdur.
Erməni lobbisinin təsiri altında olan ABŞ administrasiyası bu vəhşilikləri görməyərək, saxta erməni məlumatları əsasında yalnış “soyqırım” ifadəsi işlətməklə illərdir siyasi, hərbi, geostrateji müttəfiqi olan, Yaxın, Orta Şərq və Aralıq hövzəsi regionun və Şərq-Qərb qovşağının əsas aktoruna çevrilən Türkiyə ilə münasibətlərinə ciddi zərbə vurmşdur.
Heç bir hüquqi qüvvəsi olmayan bu siyasi açıqlamanın erməni yalanlarına geniş arena açmasına imkan verməmək üçün ABŞ-ın yeni hökumətini Türkiyə və Türk dünyası ilə strateji münasibətləri və əməkdaşlığı dərinləşdirmək istiqamətində əməli addımlar atmağa və erməni uydurma tarixinə verilən bu “siyasi dəstəyi” aradan qaldırmağa çağırırıq”.

Vetenqehremanlari.az