Yeni WordPress Saytı

Kazanda Rusiya və Azərbaycan arasında millətlərarası və dinlərarası razılıq məsələləri ilə bağlı konfrans keçirilib

Kazanda Rusiya-Azərbaycan beynəlxalq dialoq platforması yaradılıb. Bu çərçivədə ilk dəfə aprelin 23-24-də “Rusiya-Azərbaycan: millətlərarası və konfessiyalararası həmrəyliyin tarixi təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir çərçivəsində Rusiya və Azərbaycan cəmiyyətlərinin konsolidasiyası üsulları, eləcə də gənclərin terror fəaliyyətinə cəlb olunmasına və mənəvi-əxlaqi və ənənəvi dəyərlərin qorunması üçün şəraitin təmin edilməsinə qarşı birgə mexanizmlərin yaradılması kimi mühüm mövzuların yaradılması nəzərdə tutulur. Konfrans “Mərkəzi Asiya Araşdırmalar İnstitutu”nun təşkilatçılığı, Prezident Qrant Fondu və Kazan Federal Universitetinin dəstəyi ilə keçirilib.

Görüşdə fəxri qonaqlar və iştirakçılar arasında RT telekanalının xarici Kommunikasiyalar Xidmətinin baş mütəxəssisi Anna Belikova, “Rossotrudniçestvo” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov, Kazan Federal Universitetinin Konfliktologiya kafedrasının müdiri Andrey Bolşakov, AMEA Hüquq və İnsan Hüquqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov, Azərbaycandakı “Tatarıstan” İctimai Birliyi sədrinin müavini, ictimai xadim və “Salam Tatarıstan” beynəlxalq layihəsinin rəhbəri Emin Ramazanov, Tatarıstan Respublikası Azərbaycanlılarının Regional İctimai Birliyinin sədri Bəhram Mustafayev, Tatarıstandakı “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Ramiz Məmmədov və başqaları olublar.

Tədbir çərçivəsində iki ölkənin millətlərarası və dinlərarası dialoqunun tarixi təcrübəsinə baxılacaq plenar iclasla yanaşı, “Sülh qurulmasında konfessiyalararası dialoqun rolu və xüsusiyyətləri. Könüllülüyün sosial praktikasında dinlərin təsiri”, “Rus dili – Avrasiya və beynəlxalq kommunikasiyalar dili, Bakıdan baxış”, “İnformasiya, elm və təhsil sahəsi: qarşılıqlı fəaliyyətin perspektivləri” mövzusunda dəyirmi masalar da təşkil edilib. “Yaradıcılığı bağlayan tellər, təcrübənin gələcək nəsillərə ötürülməsi” adlı Rusiya və Azərbaycanın xalq sənəti nümunələrindən ibarət sərgi və s. keçirilib. Beynəlxalq konfransın nəticəsi iki ölkə xalqlarının mənəvi və mədəni dəyərlərinin qorunması işində çıxışlar toplusunun nəşri və qarşılıqlı fəaliyyət konsepsiyasının işlənib hazırlanması olacaq.

 

Fuad Hüseynzadə

Vetenqehremanlari.az