Yeni WordPress Saytı

ABŞ-da Albert Aqarunovun doğum gününə həsr olunmuş inşa müsabiqəsi elan olunub

Azərbaycan Amerika Qadın Cəmiyyəti tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününə həsr olunmuş müsabiqə elan olunub. Bu haqda Azərbaycan Amerika Qadın Cəmiyyətinin rəhbəri Minəvvər Vahabova məlumat verib.
Minəvvər Vahabova bildirib ki, aprel ayının 25-də hamımızın tanıdığı cəsur tankçı, milli qəhrəman, doğma vətəni Azərbaycanı canından artıq sevən yəhudi əsilli Albert Aqarunovun doğum günüdür: “Vətənimiz Azərbaycanın müdafiəsi uğrunda Şəhidlik zirvəsinə yüksələn Albert xalqımız və dövlətimiz tərəfindən heç bir zaman unudulmayıb.
Albert Aqarunovun doğum günü ərəfəsində Azərbaycan Amerika Qadın Cəmiyyəti 10-20 yaşında gənclər arasında “Mən Azərbaycan haqqında nə bilirəm?”adlı inşa müsabiqəsi təşkil edir.
Müsabiqədə iştirak etmək istəyən gənclər iki çap vərəqi həcmində inşa yazmalı və onu aşağıda qeyd olunan email ünvana göndərməlidirlər.
# İnşalar ingilis dilində yazılmalı;
# Plagiatdan uzaq olmalı;
# Əgər hər hansı bir gəncin rəsm çəkmək bacarığı varsa inşasına uyğun rəsmini də əlavə edə bilər( üçüncü səhifə)
# Rəsm vacib deyil, ancaq arzuolunandır.
# Müsabiqəyə Aprel ayının 25-də start veriləcək.
# İnşaları qəbul etmək üçün son tarix may ayının 15-dir.
Qaliblər 28 may tarixində elan olunacaq.
Qaliblər münsiflər heyəti tərəfindən müəyyən ediləcək və 1,2 və 3-cü yerlər üzrə mükafatlandırma həyata keçiriləcək.
1-ci yer 500; 2-ci yer 300; 3-cü yer 200 dollar mükafat nəzərdə tutulub.
Bütün iştirakçılara sertifikatlar təqdim ediləcək. Email unvan: aawany65@gmail.com”.

Vetenqehremanlari.az