Yeni WordPress Saytı

Millət vəkili Qənirə Paşayeva “İlin işgüzar xanımı” mükafatına layiq görülüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin Sədri xanım Arzu Bagirova  “Azerbaijan Woman Awards” layihəsinin təsisçisi Aqil Məmiyev və layihənin ictimai əlaqələr üzrə katibi Vüqar Səfərli ilə görüşüb.

Maraqlı layihə ilə çıxış edən gənc fəalları xarici əlaqələr quraraq, habelə ölkədaxilində nüfuzlu ziyalılar, ictimai xadimlərlə əməkdaşlıq edərək, öz təsis etdikləri layihəni brendə çevirdiklərini vurğulayaraq, onlar uğurlar arzulayıb.

A.Məmiyev Q.Paşayevanın “Azerbaijan Woman Awards 2020”-nin “İlin işgüzar xanımı” nominasiyası üzrə qalibi seçildiyini  bildirərək, müvafiq sertifikat və mükafatı ona təqdim edib, yeni uğurlar arzulayıb.

Q.Paşayeva mükafat üçün təşkilatçılara, münsiflərə təşəkkür edərək, onları Novruz bayramı münasibəti ilə təbrik edib, onlara Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.

Görüşdə RHİMİB sədri Arzu Bağırova da iştirak edib.