Yeni WordPress Saytı

“Şounu biznesə çevirə biləcək bir gücə gəlib çatacam”

Kamran Yardanquliyev: “Bir çox layihələrə imza atırıq, atmışıq, atacağıq da”

Bu gün “ATV Səhər” deyəndə ilk olaraq göz önünə verilişin aparıcılardan biri Kamran Yardanquliyev gəlir. Çünki Kamran Yardanquliyev ATV kanalında yayımlanan bu verilişin simasına çevirilib. O, eyni zamanda “AY Media Event Group” şirkətinin təsisçisi, rejissor və prodüser olaraq bir çox nailiyyətlərə imza atıb. Kamran Yardanquliyev müsahibəsində öz nailiyyətlərindən danışıb.   

 

-Öncəliklə, ənənəyə sadiq qalaraq işlərinizdən danışaq.

-İşlərim yaxşıdır, çalışıram daha yaxşı olsun. Çünki biz işləməliyik ki, bizdən sonra gələn nəsil baxsın öyrənsin. Hal-hazırda nümunə olmalıyıq, çünki nümunə olmasaq, bizim sahədə olan gələcək nəsil düzgün yetişməyə, inkşaf etməyə bilər.

 

-Hər kəs sizi “Eurovision” musiqi yarışmasından tanımağa başladı.  “Eurovision” layihəsi haqda danışmasaq olmaz.  Elə bir nüfuzlu müsabiqənin Azərbaycan üzrə ən gənc şərhçisi olmusunuz. Bu layihə həyatınızda nələri dəyişdi?

-Bu müsabiqə mənim vizitkartımdır. Bu müsabiqə mənim həyatımda çox şey dəyişdi. Və düşünürəm ki, “Eurovision”dan həyatım keçməsəydi, bəlkə də adımız sadə aparıcıların siyahısında olardı. Bildiyiniz kimi, mən bir neçə il televiziya sahəsindən, ümumiyyətlə uzaqlaşdım, amma “Eurovision” müsabiqəsinin həm qazandırdığı uğur, gətirdiyi ad və orada əldə etdiyimiz təcrübə məni heç nə olmamış kimi 3 ildən sonra hal-hazırda çalışdığım ATV kanalında fəaliyyətimə gözəl təsir etdi. Düşünürəm ki, bu yolu aparıcı olmaq istəyənlər mütləq keçməlidir.

 

-Bu layihədə unutmadığınız hansı maraqlı, qeyri-adi xatirələriniz var?

-Mənim bu layihədə unutmadığım ilk efir həyəcanım, sonra “Eurovision” milli seçim turlarının bilirsiniz ki, şərhçisi olmuşam. Şərhçi olmaq üçün də çox çalışmışam. Əslində, mən bir il bazar günləri istisna olmaqla dayanmadan  ingilis dili kursuna gedirdim ki xalları deyə bilim. Dil qavramağım elə də yaxşı deyil. Və elə gətirdi ki, mənə dedilər şərhçi olacaqsan. Heç zaman ağlıma gəlməzdir ki mən “Eurovision” şərhçisi olacağam. Çünki “Eurovision”da aparıcılar üçün iki böyük zirvə var biri səhnə, biri şərhçi. Düzdür, zamanında müxbir də olmuşam, amma yenə də bu mənim üçün böyük bir şərəf və uğur idi. Təəssüf ki, elə hisslər var ki, o hissləri anlatmaq mümkün deyil.

 

-İctimai Televizyada ilk fəaliyyətiniz barədə danışa bilərsiniz?

-İctimai Televiziyada ilk fəaliyyətim rejissor asisstenti olub. İki il mən rejissor asisstenti olaraq çalışmışam. Ona görə də kadr arxasında olmuşam deyə, səhnədə kameralarla işləməyi və hal-hazırda kamera məni çəkəndə onun ekranda necə əks olunmasını çox rahat şəkildə görə bilirəm. İki ildən sonra orada müxtəlif seçim turlarında iştirak etdim və mərhələləri, şükürlər olsun, keçərək ilk olaraq müsahibələr, rubrikalar ardından “Eurovision” kimi böyük bir layihə sonra orada çox böyük verlişlər, ictimai-siyasi format, “Yeni Gün” səhər proqramı, musiqili, bədii-əyləncəli verlişlərdə aparıcılıq etmişəm.

 

-İndi isə ATV kanalında “ATV Səhər” verlişinin aparıcısısınız. ATV-də çalışmaq sizə nələr qazandırdı?

-ATV-də çalışmaq gözəl dostlar, gözəl təcrübə qazandırdı mənə.

 

-Həm dəli-dolu və həm də dərinsiniz. Bu xasiyyətiniz istər özəl, istərsə də iş həyatınızda sizə necə təsir edir?

-Həm dəli-dolu, həm də dərin olmağım, düşünürəm ki, bürcümdən irəli gəlir. Amma həyatda dəyişə bilməyəcək yeganə şey bir insanın ölümüdür. Xarakterimizi də dəyişə bilərik, həyat tərzimizi də dəyişə bilərik. Çalışıram son zamanlar çox təmkinli olum, amma dəli-dolu olmağımın əsas səbəbi Tərəzi bürcündən olmağımdır. Bir az emosional insanam, artıq ürəyimlə deyil, ağlımla və məntiqimlə həyatdakı proseslərə reaksiya göstərməyə çalışıram.

 

-Özünüzü jurnalistikadan başqa hansı sahələrdə sınamaq istərdiniz?

-Mənim özümü jurnalistikadan başqa sınadığım sahə məhs biznesdir. Amma bu məhsul deyil, xidmət sahəsidir. Yəni bildiyiniz kimi, mən “AY Media Event Group”un təsisçisiyəm. Biz burada reklamlar çəkirik, tədbirlər təşkil edirik və bir çox layihələrə imza atırıq, atmışıq, atacağıq da. Mənim hal-hazırda oxuduğum kitablar hamısı biznes, şəxsi inkişaf, satış qabiliyyəti, marketinq qabiliyyəti formalaşdırılmasına görədir. Düşünürəm ki, gələcəkdə bizim sahədə bir boşluq var. Bizim sahədə şou var, biznes yoxdur. Şounu biznesə çevirə biləcək bir gücə gəlib çatacam.

 

-Özəl biznesdə də çalışırsınız. Hansı işdə çətinlikləriniz daha çox olur və hansı işdən daha çox maddiyyat əldə edirsiniz?

-Əlbəttə ki, tədbirlərin təşkilindən və aparıcılığından daha çox gəlir əldə etmək olur. Amma onlar bir dəfədir. Birdə PR və reklam işində biz daimi oluruq. Müəyyən qədər az gəlir əldə olunur, amma daimi olur.  Bunun da daimi olmağı bizə bir üstünlük yaradır ki, sən bilirsən ki, müəyyən bir məbləğ daimi olaraq əldə etmək olur.

 

-“AY Media Event Group” şirkətini yaratmaq ideyası necə yarandı?

-“AY Media Event Group” İctimai Televiziyadan yaratmağa başladım.  Orada artıq elə bir dövr var idi, həmin dövrdə mənimlə çalışanlar bilir ki, bir durğunluq yaranmışdır. Və mən də 3 ay müddətində qurdum-yaratdım. Sonra kanaldan öz istəyim ilə ayrıldım. Sonra “AY Media Event Group”u yaratdıq. Və sonra da təbii ki, biznes təcrübəsi olmadığına görə 2-3 dəfə ard-arda biz maddi itkilər yaşadıq.

 

-Şəxsi həyatınıza keçək. Bildiyimiz qədər evlisiniz və övladlarınız var. Ailə, uşaq, jurnalistika həyatı, hamısı birlikdə çətinlik yaratmır ki?

– Şəxsi həyatımla bağlı təəssüf ki, mənə deyirlər ki, sən ailənə yaxşı vaxt ayırırsan amma yenədə mən düşünürəm ki, azdır vaxt. Çünki telefonlar susmur. Jurnalistika elə bir sahədir ki, sənə gecənin istənilən saatında, səhərin istənilən saatında zəng gələ bilər və mən övladlarımla oynayanda, ailəmlə vaxt keçirəndə tez-tez zənglər gəlir, amma elə bir komfortumda yoxdur ki, telefonu söndürüm. Çünki hər an vacib zəng gələ bilər. Və aparıcısı olduğum verliş ictimai-siyasi format olduğuna görə, biz hər gün cəmiyyət ilə əlaqədə olmalıyıq. Düşünürəm ki, ailəyə daha çox zaman ayırmaq lazımdır. Övladlar yetişir, onlar qayğı və sevgi görməlidir, həyat yoldaşımız belə. Çətinlik yaradır, nə yalan deyim.

 

-Bir valideyin kimi cəmiyyət üçün övladlarınızı necə tərbiyə edirsiniz? Necə yönləndirirsiniz?

-Bir valideyin olaraq övladlarımı cəmiyyət üçün öz haqqlarını bilən istəyirəm yetişdirim. İstər çox, istər az qabiliyyətləri ilə istedadları olsun, amma yenə də arzu edirəm ki, onlar bu istedad və bacarıqlarını həyatda göstərə bilsinlər. Onlara mənim öyrədəcəyim çox şey var.  Və özüm bu dəqiqə məhz ona görə öyrənirəm ki, onlara öyrədim. Çünki təəssüf ki, mənə əvvəl bunları öyrədən olmayıb. Yəni ailə üzvlərimdən nə atam öyrədib, nə bir dayım öyrədib, nə bir babam öyrədib. Həyatda nə öyrənirəmsə özüm öyrənirəm. Onlar öyrətsəydilər, düşünürəm ki, hansısa bir uğur beş il əvvəl və ya yeddi il əvvəl əldə edərdim, həyat mənə daha asan olardı.

 

-Hobilləriniz nələrdir?

-At sürməyi, tennis, şahmat oynamağı öyrənmək istəyirəm. Hobbim tarixi seriallara və filmlərə baxmaqdır. Tarixi şəxsiyyətlərin hökmdarların, sərkərdələrin həyatı, verdiyi qərarlar, atdığı addımlar mənə çox maraqlıdır.

 

Vetenqehremanlari.az