Yeni WordPress Saytı

Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirin Müavini Asxat Oralov Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşüb

9 aprel 2021-ci il tarixində Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirin Müavini Asxat Oralov Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə görüş keçirib.

Görüş zamanı tərəflər KİV sahəsində iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə ediblər. Asxat Oralov Nur-Sultan şəhərində Media Mərkəzinin işi, “Turkistan” adlı yeni televiziya kanalının fəaliyyətə başlaması, bu sahədə digər layihələr haqqında ətraflı məlumat verib. Həmsöhbətlər türk dövlətlərin tarixi, mədəniyyəti və müasir həyatı ilə tanış olması məqsədilə beynəlxalq qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar. Görüş Türk Şurasının üzv dövlətlərin informasiya və media sahəsində dövlət orqanların rəhbərlərin konfransında iştirakı çərçivəsində baş tutub.