Yeni WordPress Saytı

Azərbaycanlı idmançı MMA-da qazandığı qələbəsini şəhidlərimizə həsr etdi 

Martın 7-də Ukraynanın Lutsk şəhərində “PROFC-Ukrayna” Liqasının himayəsi altında “PRIDE” MMA yarışı baş tutub.

Yarışda iştirak edən azərbaycanlı idmançı Elçin Hüseynov ukraynalı rəqibi Oleksandr Qorodnyuka qalib gəlib.
93 kq çəki dərəcəsində mübarizə aparan Elçin Hüseynov əldə etdiyi qələbəni Qarabağ şəhidlərinə həsr edib.
Qeyd edək ki, turnirdə Ukrayna, Azərbaycan, Ermənistan, Tacikistan və Belarusun müxtəlif bölgələrindən məşhur döyüşçülər iştirak ediblər.
Xatırladaq ki, Hüseynov Elçin Elxan oğlu 1990-cı ildə Bakı şəhirdə anadan olub. 10 yaşından idmanla məşğul olur. 2 il Taekvando idman növü, sonra isə Klassik güləş növü ilə məşğul olub. Güləşdə gənclərarası Bakı, rayonlararası, kulublararası çempion olub. Sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurub Qaydasız Döyüşlə peşəkar şəkildə məşğul olub. WCFF – WGSMAF – MMA turnirlərinin qalibi olub. 2 qat dünya, 2 qat Avropa çempionudur. Azərbaycan İdman ustası adına layiq görülüb.