Yeni WordPress Saytı

Şərqi Avropa ölkələrində yaşayan diasporumuz Novruz Bayramı münasibətilə videogörüş keçirdib

 

18 mart 2021-ci il tarixində “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı və Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasına daxil olan ölkələrindən Azərbaycan diaspor nümayəndələrinin iştirakı ilə “Post-pandemiya dövründə Azərbaycan diasporunun Şərqi Avropada milli bayram və adət-ənənələrimizin təbliğində diasporun rolu” mövzusunda onlayn görüş keçirildi. Novruz bayramının xalqımızın qədim ənənəçilik tarixində əhəmiyyəti ətrafında gedən müzakirədə “QALA” Cəmiyyətinin sədri Rəşid Məmmədov, Diasporla İş Üzrə Dövlət Komitəsinin əməkdaşları Əbülfəz Şeydabəyov və Elvin Əsgərov, Diaspor üzrə araşdırmaçı-ekspert, jurnalist Elnur Eltürk, “Qardaşlıq'” Macar- Azəri Birgə Cəmyyətinin sədri Ramiz Əmirli, Azərbaycan – Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin Direktoru Seyran Mirzəzadə, Serbiyada Azərbaycan Mədəniyyət Mərkəzinin Sədri Zərifə Əlizadə, Xorvatiya-Kaspi Ekonomik və Mədəniyyət Cəmiyyətinin Sədri Renad Yüzbəyov, Xorvatiyada yaşayan diaspor fəalı Musa Nağıyev, Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli, “QALA” Cəmiyyətinin Gənclər təşkilatının sədri Günel Nəsirova və “QALA” Cəmiyyətinin Baş katibi Məmmədli Salatın iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov iştirakçıları salamlayaraq, pandemiya dövründə Yunanıstanda Cəmiyyətin fəaliyyəti barədə qısa məlumat verərək diaspor təşkilatlarının işi ilə bağlı müzakirənin keçirilməsinin, milli bayram və adət-ənənələrimizin təbliğində, ötən müddət ərzində görülən işlərin, əldə olunan nəticələrin təhlilinin aparılmasının vacibliyini, Novruz bayramını təbliğini daha geniş formada yaşadığımız cəmiyyətə çatdırmağın və belə görüşlərin əhəmiyyətini vurğuladı. Görüşə həmçinin, Niderlanddan Emil Əliyev, Belçikadan İlkin Hüseynzadə və Braziliyadan xalqımızın dostu Andriea Hiromi kimi fəallar da qatılaraq fikir mübadiləsində iştirak etdilər. Görüş zamanı pandemiya dövründə diaspor təşkilatlarının fəaliyyəti, həyata keçirilən tədbirlər, qarşıya qoyulan məqsəd və vəzifələr müzakirə edildi. Həmçinin, Novruz bayramının qədimliyinin xalqımızın zəngin keçmişinin bariz nümunəsi olduğu vurğulanmışdır. Diasporla İş Üzrə Dövlət Komitəsinin əməkdaşları Əbülfəz Şeydabəyov və Elvin Əsgərov diaspor təşkilatlarının ünvanladığı suallara cavab verərək Komitənin bu istiqamətdə gördüyü fəaliyyətdən məlumat verdilər.