Yeni WordPress Saytı

“Yaxşı olardı ki, SOCAR-la “Qazprom eksport” arasında müqavilə açıqlansın” – QUBAD İBADOĞLU

“Ermənistanın və Dağlıq Qarabağın Azərbaycan və Türkiyəyə inteqrasiyası sahəsində iqtisadi imkanlardan maksimum bəhrələnməliyik”

“Rusiya qazının Azərbaycan ərazisindən Ermənistana müvəqqəti nəqli SOCAR-la “Qazprom eksport” arasında qısa müddətli, təxminən 3 həftəlik müqavilə imzalanmasına fərqli münaisbətlər sərgilənir”. Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu deyib.

ADR Hərəkatının sədri hesab edir ki, Ermənistanın və Dağlıq Qarabağın Azərbaycan və Türkiyəyə inteqrasiyası sahəsində iqtisadi imkanlardan maksimum bəhrələnməliyik: “Bu mövcud problemin həlli yollarından biri və vacibidir, onların bizdən asılı vəziyyətə düşməsini qisqanclıqla qarşılamaq lazım deyil.

Nəzərə alaq ki, Ermənistana ötürülən qaz Rusiya qazıdır və Rusiya qazı martın 17-dən başlayaraq müvafiq tranzit ödənişi ilə Azərbaycan ərazisindən Gürcüstan ərazisinə və oradan Ermənistana çatdırılacaq. Burda başlıca məsələ şəffaflığın və hesabatlığın təminatıdır. Çox yaxşı olardı ki, SOCAR-la “Qazprom eksport” arasında müqavilə açıqlansın və ordakı şərtlərlə hər kəsin tanış olmaq imkanı təmin edilsin”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.az

[ad_2]