Yeni WordPress Saytı

NATO gəmiləri Qara dənizdə tez-tez görünür – NƏ BAŞ VERİR?

NATO-ya məxsus 4 hərbi gəmi Qara dənizdə Gürcüstanın ərazi sularına daxil olub. Türkiyə, İspaniya, Bolqarıstan və Rumıniyaya məxsus hərbi gəmilərin Gürcüstana səfərinin məqsədi bu ölkənin NATO-nun hərbi dəniz qüvvələri ilə birgə təlimlər keçirməsidir. Məlumata görə, Hərbi Alyans Gürcüstanın Sahil Mühafizə Xidmətinin əməkdaşları ilə qarşılıqlı əməliyyat qabiliyyətini yüksəltməkdə maraqlıdır.

NATO gəmilərinin Gürcüstanın ərazi sularını martın 18-də tərk edəcəyi qeyd olunub. Gəmilərin Qara dəniz sularına girişi gözlənildiyi kimi Rusiya siyasi-hərbi dairələrinin narahatlığına səbəb olub. Ekspertlər və ölkə mediası bunu Qərbin Cənubi Qafqaza nüfuzu və Kreml üçün ciddi təhdid kimi dəyərləndiriblər.

Politoloq Əhəd Məmmədli “Şərq”ə vurğulayıb ki, 2008-ci il Gürcüstan-Rusiya müharibəsindən sonra NATO gəmiləri mütəmadi olaraq Qara dənizdə təlimlər keçirir. Analitikin sözlərinə görə, əslində Hərbi Alyansın bölgədəki bütün addımlarının qayəsi Rusiyanı narahat etməkdir:

“Gürcüstanla keçirilən növbəti hərbi təlimlərin məqsədi Moskvaya təzyiq və əzələ nümayişidir. Qərb ölkələri Kremli qıcıqlandırmaq üçün əllərindən gələni edirlər. NATO Cənubi Qafqazda öz gücünü və təsir imkanlarını artırmaqdadır. Gürcüstanda və Ermənistanda ABŞ, Azərbaycanda isə Türkiyə reallığı ortadadır. Region get-gedə Rusiyanın təsir dairəsindən çıxır. Mövcud reallığı dərk edən Moskva isə Qarabağda qalmaq üçün ciddi canfəşanlıq edir. Rus sülhməramlılarının qısa zamanda bölgəyə yerləşdirilməsinin mühüm səbəblərindən biri də budur. Məhz bu sayədə Kreml bölgəyə nəzarət imkanını itirmir. Amma proseslər Rusiyanın xeyrinə cərəyan etmir. Yaxın perspektivdə Moskva tamamilə Cənubi Qafqazdan uzaqlaşmaq məcburiyyətində qalacaq”.

[ad_2]