Yeni WordPress Saytı

“Ədliyyə və məhkəmə islahatları sahibkarların hüquqlarının etibarlı müdafiəsinə təminat verir” mövzusunda videokonfrans keçirilib

17 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ədliyyə və məhkəmə islahatları sahibkarların hüquqlarının etibarlı müdafiəsinə təminat verir” mövzusunda videokonfrans formatında tədbir keçirildi. Videokonfransda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ayrı-ayrı qurumlarınınrəhbərləri və əməkdaşları, Bakı Komersiya Məhkəməsinin sədri və hakimləri,  Azərbaycan Respublikası Vəkillər Kolegiyasının nümayəndələri, Sabibkarlar, vətədaş cəmiyyəti və KİV təmsilçiləri (tam siyahı əlavə edilir) iştirak ediblər.  
   Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova tədbirin məqsədi  açıqlayaraq, Ədliyyə Nazirliyinin biznesə və vətəndaşlara göstərilən xidmətlərin yaxşılaşdırılması ilə bağlı həyat keçirdiyi tədbirlər, son zamanlar Nazirliyin sahibkarlala əəaqələrinin inkişafı və s. barədə məlumat vermişdir. Daha sonra konfransda çııxış edən             “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əhməd N. Abbasbəyli, Azərbaycan Respublikası Ədliyyə naziri yanında İctimai Komitənin koordinatoru Səadət Bənanyarlı,Bakı Kommersiya Məhkəməsinin sədri  Ilham Əhmədov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İKT idarəsinin rəisi Ağakərim Səmədzadə,           Qeydiyyat və notariat baş idarəsi Dövlət reyestrləri idarəsinin rəisi vəzifəsini icra edən Seymur İsmayılov, İcra baş idarəsinin qrup rəhbəri(elektron informasiya üzrə) Tural Məmmədov, Azərbaycan Banklar Assosiasiyası prezidenti Zakir Nuriyev UNİPER-şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri və SOCAR-UNİPER MMC direktorlar şurasının üzvü Rəşad Hüseynli, “166 Yükdaşıma və Logistika” şirkətinin nümayəndəsi  Süleyman Hüseynzadə və s. ölkədə şəfafflığın,  ictimai iştiarkçlığın əhəmiyyətindən, Ədliyyə Nazirliyinin biznecə göstərilən xidmətlərdən, onun səviyyəsindən, bu istiqamətdə həyat keçirilən yeniilikrdən bu yeniliklələri ölkədə sahibkarlığın inkişafına müsbət təsrindən danışdılar.
İştirakçılar Ədliyyə Nazirliyinin bu cür tədbirlərinin ölkədə yeni müsbət bir təcrübə kimi dəyərlənirərək, bunun Nazirliyin  ictimai iştiraklığa, məlumatlara əlçatımlığına, şəffaflığın artırılmasına önəm verməsi, həmçinin dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması və korrupsiya risklərinin aradan qaldırılması istiqamətində atılan vacib bir addım kimi qiymətləndirdilər. Həmçinin Ədliyyə və məhkəmə islahatlarından danışan çıxışçılar bu islahatların vətəndaşların və sahibkarların hüquqlarının müdafiəsinə təminatı və ümumiyyətlə dövlət xidmərlərinin daha da təkminləşdirilməsi baxımından əhəmiyyətini xüsusi vurğuladılar.