Yeni WordPress Saytı

 Rusiya küncə sıxlır: NATO gəmiləri Ukrayna və Gürcüstan sularında – Bir qütblü dünya

NATO-ya məxsus 4 hərbi gəmi Qara dənizdə Gürcüstanın ərazi sularına daxil olub. Türkiyə, İspaniya, Bolqarıstan və Rumıniyaya məxsus hərbi gəmilərin Gürcüstana səfərinin məqsədi Gürcüstan və NATO hərbi dəniz qüvvələri arasında qarşılıqlı əməliyyat qabiliyyətini yüksəltməkdir.Gürcüstan Sahil Mühafizə Xidmətinin məlumatına görə, NATO hərbi gəmiləri Gürcüstan Sahil Mühafizə Xidməti ilə birgə təlimlər də keçirəcək. NATO gəmilərinin Gürcüstanın ərazi sularını martın 18-də tərk edəcəyi qeyd olunub.
Baş verənlər Rusiyanın gün keçdikcə gücünün zəiflədiyinə dair iddiaları ortaya qoyur. İlk olaraq Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etdi. Məlumdur ki, illərdir Qarabağ “düyünü”nün açılmasına Rusiya mane olurdu. Azərbaycanın qalib gəlməsi Kremlə bir zərbə idi. Daha sonra isə Ukrayna Rusiyanın işğal etdiyi Krıma öz ordusunu yeritdi. İndi isə NATO-ya məxsus 4 hərbi gəmi Gürcüstanın sularına daxil olub. Ümumiyyətlə, Amerikada Co Bayden prezident seçildikdən sonra Kremlin “qara” günləri başlayıb…

Mövcud prosesləri “Sherg.az”a şərh edən politoloq Sədrəddin Soltan bildirib ki, NATO gəmirləri vaxtaşırı olaraq Qara dənizə gəlir:

“Təxminən 10 gün öncə Ukraynanın Odessa limanına bir qrup gəmi gəlmişdi, onların içində Türkiyə gəmiləri də var idi. Gürcüstanın Qara dəniz sahillərində də NATO gəmiləri gəlir. Lakin NATO nə Gürcüstanın, nə də Ukraynanın ərazi bütövlüyünü təmin etmək gücündədir, sadəcə olaraq bununla bağlı müxtəlif siyasi bəyanatlar verir. Beləliklə, Gürcüstan və Ukrayna ilə birgə hərbi təlimlər keçirirlər. NATO indiyə qədər Ukraynanın Krım və Donbasla bağlı ərazi bütövlüyünü təmin olunması, Gürcüstanın Abxaziya və Cənubi Asetiya vilayətinin qaytarılmasına dair addım atmayıb. Sadəcə olaraq bu iki dövlətlə müqavilələr var. Həmin müqavilələrə uyğun olaraq NATO gəmiləri Gürcüstan ərazisinə gəlir”.

Rəsmi Moskvanın zəifləməsinə gəlincə, analitik vurğulayıb ki, Rusiya keçmiş SSRİ-nin varisidir, lakin bu varislik SSRİ-dən qalma mirası bərpa edə bilmir:

“Keçmiş SSRİ dünyada ikinci qütbün başında dayanırdı. İndi isə həmin qütb yoxdur. Hazırda dünyada əsas söz sahibi ABŞ-dır. Rusiya əvvəlki illərlə müqayisədə zəifləyib. Bunu dəqiq anlamaq üçün onun Cənubi Qafqazdakı fəaliyyətinə nəzər salmaq kifayətdir. Kremlin ən etibarlı partnyoru Ermənistandır. Ermənistanda belə anti-Rusiya ovqatı var. Dəfələrlə İrəvanda etiraz aksiyaları keçirilib və Rusiya işğalçı adlandırılıb. Hətta Nikol Paşinyan və onu dəstəkləyən qüvvələr bir zamanlar anti-Rusiya meyilli olublar. O vaxtkı aparılmış rəy sorğularının nəticəsinə görə, respodentlərin 30-40 faizi Rusiyanın əleyhinə olub”.

ABŞ-ın keçmiş prezidenti Barak Obama da Rusiyanın zəif olduğunu dilə gətirmişdi:

“Putin çox zəifdir. Çünki o, qonşuluğunda özündən gücsüz olan dövlətləri hədələyir və onlara qarşı güc tətbiq edir”. Bütün bunlar onu göstərir ki, Rusiya güclü olsaydı, dünya onun ətrafında yığışardı”.

[ad_2]