Yeni WordPress Saytı

Dünya çempionumuzdan möhtəşəm qələbə

 

Martın 13-də Ukraynanın Rovno şəhərində qaydasız döyüş üzrə beynəlxalq turnir keçirilib. MMA üzrə turnirdə Azərbaycanı tanınmış idmançı Orxan Kərimov təmsil edib. Orxan Kərimov özündən həm çəki, həm boyca üstün ukraynalı idmançı Yuriy Qlibanı məğlub etməklə birinci yeri qazanıb. Qeyd edək ki, Rovno ermənilərin kütləvi yaşadığı şəhərlərdən biridir. Erməni tamaşaçıların əksəriyyət təşkil etməsinə baxmayaraq, döyüşdən sonra idmançımız “Qarabağ Azərbaycandır” deyərək bu qələbəni Vətən müharibəsi şəhidlərinə həsr etdiyini bildirib.

Xatırladaq ki, Orxan Kərimov 1983-cü ildə Qəbələ rayonunda anadan olub. 8-ci sinifdən təhsilini Rusiyada davam etdirib. Yeniyetmə yaşlarından idmanla məşğul olur. 2015-ci ildə Azərbaycana qayıdıb. Dəfələrlə Avropa və dünya çempionu olub. Müxtəlif ölkələrdə Azərbaycanın bayrağını qalib idmançı kimi qaldırıb.
Qeyd edək ki, Orxan Kərimov Vətən müharibəsi iştirakçısıdır.

Vetenqehremanlari.az