Ərəb Elektron Media Birliyi Xocalı soyqırımının 30 illiyi ilə bağlı bəyanat yayıb – VƏTƏN QƏHRƏMANLARI.AZ

Ərəb Elektron Media Birliyinin sədri Feysəl Xəlifə Əl-Səvvağ dünyanın erməni silahlı qüvvələri tərəfindən törədilmiş qətl və dağıntı səhnələrini unutmadığını və unutmayacağını vurğulayaraq, beynəlxalq ictimaiyyətə itirilmiş ədaləti bərqərar etmək, şəhid və qurbanların hüquqlarını müdafiə üçün çağırış edib.

Birliyin sədri bu faciəvi hadisələrin bütün elementləri ilə soyqırımı olduğunu qeyd edərək diqqətə çatdırıb ki, İslam xalqlarının haqq işinin müdafiəsi onun rəhbərlik etdiyi təşkilatın əsas məqsədidir. O, həqiqətlərin dünyaya çatdırılması və Azərbaycan Respublikasının, onun qanuni hüquqlarının dəstəklənməsi üçün bütün mümkün dəstəyini əsirgəmədiyini qeyd edib.

[ad_2]

Leave A Reply

Your email address will not be published.